Bakıda 22 yaşlı qız özünü asaraq intihar etdi

Çərşənbə günü, sentyabrın 6-na keçən gecə təxminən saat 2:20-də Bakının Qaraçuxur qəsəbəsində yerləşən parkda asılmış vəziyyətdə qız meyiti aşkarlanıb.
Muxalifet.az “Sputnik”ə istinadən xəbər verir ki, Suraxanı rayonu hüquq-mühafizə orqanlarının məlumatına görə, intihar etdiyi güman olunan qızı yerli sakinlər aşkar edib.
Müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Günel Samir qızı Tağıyeva iplə özünü turnikdən asıb. Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.