Bakı-Sumqayıt yolunda VAZ-2107 piyadanı vuraraq öldürüb - FOTO

Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb
 
Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.
Təxminən 55-60 yaşında olan kişi yolu keçmək istəyərkən onu "99-KA-231" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Polis əməkdaşları ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.
Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb./report