BAKI-SUMQAYIT YOLUNDA QƏZA - 4 maşın bir-birinə girdi - VİDEO

Baxış sayı:
9580

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkət edən 4 avtomobil toqquşub.

Belə ki, Opel 10 XS 546, Opel 99 DA 277, Piryora 99 TM 458 və SEAT markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində ölən olmasa da, xəsarət alanların olduğu bildirilir.