Bakı-Sumqayıt qatarı yolda qaldı

Baxış sayı:
121

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.
Report-un məlumatına görə, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.
Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.
Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.