Bakı sakinlərinə İNANILMAZ QADAĞA: bundan sonra... - XƏBƏRDARLIQ

Baxış sayı:
4909

Nərimanov rayonu ərazisində mərkəzi küçə və prospektlərə baxan balkonlardan zivələrin yığılması davam etdirilir.
Səhər saatlarında “Nərimanov” metrosu yaxınlığında yerləşən mənzillərin sakinlərinə yol və küçədən görünən asılmış paltarları yığmaları tapşırılıb. Sakinlər bildirib ki, mənzillərə polis əməkdaşları gələrək ipdən asılmış geyimlərin yığılmasını xahiş edib. Geyimlər ipdən yığışdırılsa da, zivələrin yığılması və ya kəsilməsi ilə bağlı heç bir söz deyilməyib.
Sakinlər bildirib ki, zivələr nazirlik əməkdaşları tərəfindən ev sahibinə məlumat verildikdən sonra çıxarılır. Sakinlərə artıq uzun müddətdir ki, alternativ paltar asma qurğularından istifadə etmək məsləhət görülüb.
Bəzi sakinlər yeni qadağaya etiraz etməsələr də, paltarlarını haradan asacaqlarını bilmirlər. Əksər mənzillərdə balkonlar hörülərək evə qatıldığı üçün paltar asmaq üçün nəzərdə tutulan alternativ qurğunu qoymağa yer yoxdur.
Belə olduğu təqdirdə əksər vətəndaşlar yaş paltarlarını evdə qurutmalı olur.
Qeyd edək ki, artıq uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt üzrə bütün icra hakimiyyətlərinə küçə və prospektlərə açılan balkonlardan zivələrin yığışdırılması tapşırığı verib. Bu məqsədlə bütün icra orqanları sakinlərə xəbərdarlıq edərək balkonlardan zivələr yığışdırırlar./Axar/