​Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 19 nəfər...

Baxış sayı:
2397

Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTMə keçirilməsi qərara alınıb. Şirvan MRX ya 4 kişi 6 qadın çatdırılıb.. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.