​Bakı metrosunda bıçaqlanma: yaralı var

Baxış sayı:
7582

Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib. Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır.
Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.