Bakı-İstanbul təyyarəsi Ankaraya məcburi eniş etdi

Baxış sayı:
7768

"Buta Airways”-ə məxsus təyyarə Türkiyədə məcburi eniş edib.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 
Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib. 
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.