​“Bakı Bus”dan yenə ŞİKAYƏT VAR: Bu dəfə Hövsandan

Baxış sayı:
4714

Bakının Hövsan qəsəbəsinin sakinləri Bakı Bus MMC-yə məxsus 175 nömrəli avtobusların iş cədvəlindən narazıdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, sərnişinlər avtobusun normal sürətlə 40 dəqiqəyə gedə biləcəyi yolu 2 saata yaxın müddətə qət etməsindən şikayətlənirlər.
Dəfələrlə sürücülərə narazılıqlarını bildirsələr də, problem həll olunmayıb. Sərnişinlər eyni zamanda bildirir ki, sürücülər avtobusların kondisionerini işə salmaqdan imtina edir, bunun üçün Bakı Bus MMC-yə müraciət etmələrini tövsiyə edirlər.
Məsələ ilə bağlı Bakı Bus MMC ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, bir müddət əvvəl “Bakı Bus” rəhbərliyi bütün avtobuslarda kondisionerlərin işə salındığını bildirmişdi.