​"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto

Baxış sayı:
1918

Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobus paytaxtın Binəqədi rayonunun Abay Kunanbayev küçəsində qəza vəziyyəti ilə üzləşib.
Muxalifet.az xəbər verir ki, avtobus "Dərnəgül" metrosu istiqamətində irəliləyərkən asfaltın üzərindəki kanalizasiya qapaqlarından biri çıxaraq nəqliyyat vasitəsinin qapı hissəsinə girib.
Hadisə zamanı sürücü dərhal avtobusu saxlayıb və aidiyyəti şəxslərin əraziyə gəlməsini gözləyib.
Qəza nəticəsində xəsarət alan olmayıb.