​“Bakı Bus”da unudulan əşyaların siyahısı açıqlandı

Baxış sayı:
4372

Ötən ay ərzində “Bakı Bus” avtobuslarında 7 ədəd çanta, 5 mobil telefon, 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 pulqabı, 1 nəfərə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 pasport və 1 iş vəsiqəsi unudulub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, itən əşyaların hamısı sahiblərinə təhvil verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 34 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə “Poçtap” xidmətinə təqdim edilib.
Həmçinin, avtobuslarda tapılan Rəhilə Əziz qızı Əhmədova, İlkin Əlipənah oğlu Əlişzadə və Eldar Camal oğlu Əhmədova məxsus şəxsiyyət vəsiqəsi, Əliyar Ramin oğlu Şəfiyevə məxsus hərbi bilet, Fərid Vidadi oğlu Cabbarlıya məxsus sürücülük vəsiqəsi, Anar Sadıqov, Qabil Quliyev və Babək Nağıyevə məxsus bank kartları, Günay İldırım qızı Zeynallıya məxsus iş vəsiqəsi, Səbuhi Əli oğlu Abbasova və Zaur Məcid oğlu Həmzəyevə məxsus müxtəlif sənədlər Bakı Bus MMC-dədir.
İçərisində Tutu Nəcməddin qızı İsgəndərovaya məxsus şəxsiyyət vəsiqəsi və Röya Ataş qızı Xanışovaya məxsus tələbə bileti olan çantalar, Gülər Akif qızı Məmmədovaya məxsus diplomun surəti olan qovluq, eləcə də sahibləri məlum olmayan başqa əşyalar Bakı Bus MMC-də saxlanılır.
Vətəndaşlar “Bakı Bus”a müraciət edərək, özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.