​BAKI AEROPORTUNDA ƏMƏLİYYAT - Mütəşəkkil dəstə zərərsizləşdirildi

Baxış sayı:
7942

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.
Məlumata görə, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.
Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.
Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir./BakuPost