"Bakcell" bəzi tariflərə dəyişiklik edib

"Bakcell" MMC abunəçilərinə müraciət edib.
 
Şirkət xəbər verir ki, 01.10.2017-ci il tarixdən etibarən qeyd olunan tariflərdə dəyişikliklər ediləcək: "Business 9" tarifində ölkədaxili (450 dəqiqə) bonuslar bitdikdən sonra ölkədaxili zənglərin qiyməti 1 dəq/0,08 AZN; "Business 15" individual abunəçilər üçün şəbəkədaxili (3000 dəqiqə) və şəbəkəxarici (300 dəqiqə) bonuslar bitikdən sonra ölkədaxili zənglərin qiyməti 1 dəq/0,08; "Business 25" tarifində şəbəkədaxili (3000 dəqiqə) və şəbəkəxarici (1000 dəqiqə) bonuslar bitdikdən sonra ölkədaxili zənglərin qiyməti 1 dəq/0,08 AZN.
 Yuxarıda qeyd edilən tariflərdə digər bonuslar dəyişməz olaraq qalır.