Bağdadın yalanı ifşa olundu! PKK-ya QALXAN OLDULAR

Baxış sayı:
6082

Türkiyənin Afrində “Zeytun Budağı” Hərəkatından sonra əməliyyat siqnalı verdiyi Menbiç ilə Sincardaki PKK varlığının bitirilməsi üçün ABŞ və İraqla diplomatik danışıqlar davam edərkən sahədə kritik hadisələr yaşanır.
 
Afrində sonra gözlərin çevrildiyi Sincardan yalnız 400 terrorçunun ayrıldığı, şəhərə əsgər göndərən İraq rəhbərliyinin isə PKK-ya qalxan olduğu ortaya çıxıb. Ankaraya zəmanət verən Bağdadın bir tərəfdən da YBŞ və YBJ adı altında döyüşçüləri maaşla təmin etməyi planladığı bəlli olub.
Təşkilatın hansı ad altında olursa, olsun, Sincardan çəkilməsini şərt qoyan Ankara, ən üst səviyyədə əməliyyat qətiyyətini göstərərkən, İraq rəhbərliyi bölgəyə əsgər sövq etdikdən sonra terror təşkilatının Sincardan çəkildiyi iddiası ortaya atıldı. Ancaq bu iddianın da bir yalan olduğunu ortaya çıxarıldı.
 
400 TERÖRÇU AYRILDI
 
Region qaynaqları, Sincardan ayrılan PKK-lı qrupun 400 terrorçudan ibarət olduğu və bunların Suriya ilə Qəndilə doğru hərəkət etdikləri bildirilib. PKK-nın Suriyadakı YPG və SDG kimi, Şengal (Sincar) Müdafiə Birlikləri (YBS), Qadın Müqavimət Birlikləri (YBJ) olaraq şəhərdəki varlığını davam etdirdiyini vurğulayan qaynaqlar, xarici ictimai rəyə hesablanan 'çəkildik' təbliğatının verildiyini də bildirib.
 
AD DƏYİŞDİRB, TERRORA DAVAM EDİRLƏR
 
Bağdad rəhbərliyinin isə bölgəyə əsgər sövq etdikdən sonra terror təşkilatını şəhəri tərk etməyə məcbur etmək yerinə, YBŞ və YBJ adı altında fəaliyyət göstərən terrorçuları 'yerli güc' olaraq bölgədə yerləşdirmək istədiyi müəyyən olunub. Bölgənin şiə milis gücü Haşdi Şabi ilə İraq ordusunun nəzarətində olacağını ifadə edən qaynaqlar, Sincarda 'yerli güc' olaraq qalacaq YBŞ /YBJ-li terrorçuların Bağdad mərkəzi hökuməti tərəfindən maaşa bağlanacağı məlumatını də verib.
 
“MAAŞ VERİLƏCƏK” İDDİASI
 
İraq hökuməti, PKK-nın bölgədən çəkildiyi məlumatını yayarkən, ikinci mərhələdə bölgə xalqından bir yerli gücə ehtiyac olduğu təbliğatıyla YBŞ / YBJ ünsürlərini maaşa bağlayacaq. Bu qrupların da tamamilə xalqdan olduğu, İraq ordusu və Haşdi Şabi kimi, İraq Müdafiə Nazirliyinin tabeçiliyində hərəkət edəcəyi dünya ilə paylaşılacaq. Regionun qaynaqları bununla bağlı ilk addımların atıldığını və yaxın günlərdə elan ediləcəyini ifadə edib.
Müxalifət.az