Bağdaddan Bərzaniyə SON ÇAĞIRIŞ

 İraq rəhbərliyi Kürd Regional rəhbərliyinin (IKBY) qeyri-qanuni referendumunun ardından dialoq üçün öncə referendumun ləğv edilməsini istədi.
 
 Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəsmi Bağdad Bərzani hökümətinə so dəqiqə çağırışı edib.
 Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” xəbər agentliyində yer alan xəbərə görə, İraq baş naziri Heydər El-İbadinin ofisindən bildiriblər ki, Ərbil ilə dialoq üçün öncə qeyri-qanuni referendumun ləğv edilməsi tələb olunub.
Yazılı açıqlamada, "Region konstitusiyaya zidd olan referendumun nəticələrini ləğv etməli, daha sonra İraqın ərazi bütövlüyünün möhkəmləndirilməsi üçün ciddi danışıqlar aparmalıyıq" deyə, qeyd olunub.
 IKBY-dən İraq Konstitusiyası və Federal Məhkəmənin qərarlarına sadiq qalması istənilməklə yanaşı, İraq Kürd Regional rəhbərliyinin sərhədlərindən kənara çıxaraq daha irəli getdiyi regionlarla bağlı da müdaxilələrə son verilməsi istənilib. Burada İKBY-nin daha irəli getdiyi regionlar deyəndə, təbii ki, Mosul, Kərkük və çevrəsindəki ərazilər nəzərdə tutulur.
 
Müxalifət.az