Bağdad Bərzanini DİALOQA DƏVƏT ETDİ

İraq Kürd Muxtariyyəti sentyabrın 25-də keçirdiyi müstəqillik referendumunun nəticələrini ləğv etməlidir. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya İraq Baş nazirinin administrasiyasının yaydığı bəyanatda yer alıb. 
“İraq Kürd Muxtariyyəti Bağdadla ciddi dialoqa başlamalı və İraqın birliyinin gücləndirilməsi üçün antikonstitusion referendumun nəticələrini ləğv etməlidir. Ərbil işğal etdiyi ərazilərdə provokasiyaları dayandırıb, İraqın Ali və Konstitusiya məhkəmələrinin qərarlarını yerinə yetirməlidir”, – bəyanatda bildirilib.