Bacısını bıçaqladı - BAKIDA

Hadisə yataqxanada baş verib
 
Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.
1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.
Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.
Hazırda hadisəni törədən şəxs saxlanılıb.