​Babək prospektində işlər nə vaxt başa çatacaq? - Açıqlama

Baxış sayı:
5506

Babək prospektində şəhərdən prospektdə yerləşən körpüyə qədər olan hissədə yenidənqurma işləri başa çatıb.
Bu sözləri açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, təmir işləri hazırda sözügedən yolun əks istiqamətində aparılır:
“Yolun yarısında təmir işləri artıq yekunlaşıb, digər hissəsində işlər aparılır. Bir həftə, on gün ərzində həmin istiqamətdə də işlər yekunlaşdırılacaq”.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq oktyabrın 29-dan 30-na keçən gecədən etibarən şəhər istiqamətindən Babək prospektinə girişin qısa müddətlik məhdudlaşdırıldığını açıqlayıb.