BƏƏ Qətərə cavab: Bu, lazım deyildi...

Baxış sayı:
893

Qətər hava məkanının bizə məxsus qırıcı tərəfindən pozulması ilə bağlı rəsmi Dohanın iddiası doğru deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici Əlaqələr üzrə katibi Ənvər Karkaş deyib.
“Qətərin bu yöndə BMT Təhlükəsizlik Şurasına şikayət məktubu ünvanlaması gərəksiz idi və gərginliyi artırma cəhdləridir”, - Karkaş bildirib.
Qeyd edək ki, bu gün BƏƏ-yə məxsus qırıcının Qətər hava sərhədlərini pozması nəticəsində rəsmi Doha BMT-yə şikayət məktubu ünvanlayıb.