BƏƏ ordusu Yəməndəki kritik bölgədən qaçdı

Baxış sayı:
8809

Birləşmiş Ərəb Əmrlikləri Yəməndəki Sokotra adasındakı hökumət qüvvələriylə yaşanan silahlı qarşıdurmalardan sonra adadan ayrılmaq məcburiyyətində qalıb.
 
Verilən məlumata görə, Birləşmiş Ərəb Əmrliklərinin silahlı qüvvələri Yəmənin Sokotra adasından çəkilib.
Sokotranın rəhbəri Nizar Mahrus etdiyi yazılı açıqlamada, təxribatçı ünsürlərin bu gün adadakı Erahbil limanına hücum etdiyini, yaşanan qarşıdurmalardan sonra söz mövzusu qüvvələrin qaçaraq adanı tərk etmək məcburiyyətində qaldıqlarını ifadə edib.
Yaşanan qarşıdurmalarda yaralananların olmadığını dilə gətirən Mahrus, adada həyatın normala döndüyünü qeyd edib.
Yəmənin İnformasiya naziri Muxtar ər-Rahabi ada rəhbərliyinin açıqlamasından qısa bir müddət əvvəl Twitter hesabından BƏƏ-yə bağlı Hizamiı Emni milislərinin Sokotradan qaçdığını və adanın ordu və təhlükəsizlik güclərinin nəzarətində olduğunu bəyan etmişdi.
Qeyd edək ki, BƏƏ 2018-in mayında dövrün Yəmənin baş naziri Əhməd bin Dağrın Sokotrada olduğu bir zamanda adaya hərbi birliklər çıxarmışdı.
Sokotra adası Ədən Körfəzi ilə Afrika Buynuzu arasında Erahbil adaları olaraq bilinən 6 adanın ən böyüyü olaraq Hind Okeanında strateji əhəmiyyətə sahibdir.
Müxalifət.az