BƏƏ casuslarının Türkiyədəki əlaqələri ortaya çıxıb

Baxış sayı:
9229

Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) iki Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvəffəqiyyətli bir əməliyyatda tutulan iki casusunun maraqlı əlaqələri ortaya çıxmağa davam edir. Casus Samir Semih Şabanın İstanbulda Esenyurtda həbs olunduğu evdə bir Fələstinli ailənin olduğu ortaya çıxıb. “Yeni Şafak”-ın əldə etdiyi məlumata görə, casus Samir Semih Şabanın qaldığı ev 6 ay əvvəl Fələstin konsulluğunda işləyən bir adam tərəfindən kirayələnib. Ev sahibi əvvəl evini vermək istəməyib, ancaq Yasser Arafatla fotoşəklini göstərən Fələstinli bundan sonra ev sahibini razı sala bilib və ailəsi ilə kiraladığı evə köçüb. Evdə görüşlər keçirilib Qonşuların fikrincə, bəzi "Fələstin dövlət rəsmiləri" zaman-zaman evə gəlib.. Bolqarıstan vasitəsi ilə İstanbula gələn BƏƏ casusu Zeki Yusuf Həsən Şaban tərəfindən otelə yerləşdirilib. MİT-dən izlədiyi iki casusun fəaliyyətləri ilə bağlı görüşlərini kənarda gerçəkləşdirdiyi, bəzən də Semih Şaban ilə birlikdə qaldığı Fələstin konsulluq işçisinin kiraladığı evdə görüşdüyü iddia edilir. “Niyə ifşa etdiniz” təpkisi Digər tərəfdən, casusları tutulan BƏƏ-dən Türkiyəni hədəf alan açıqlama verilib. BƏƏ Federal Milli Şurasının üzvü Əhməd bin Məhəmməd Jarwan Türkiyənin casusları ifşa etməsinə təpki göstərib. Jarwan hüquqi proses davam edərkən və hələ heç bir ittiham irəli sürülmədiyi bir zamanda onların şəkillərinin və kimliklərinin açıqlanmasının doğru olmadığını söyləyib. Jarwan ayrıca Körfəz vətəndaşlarına "Türkiyəyə getməyin" çağırışı edib. Müxalifət.az