​“Azərsu”nun departament rəisinin xaricdəki biznesi haqda ŞOK FAKTLAR – “Madər Musayev ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir və...”

Baxış sayı:
7963

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb.

Muxalifet.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb. Jurnalist yazır:
“Cənab rəisin 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa TECHNİCAL CONSULT INTERNATİONAL GmbH adlanır. Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib. "LoMa" Lothar və Madər adlarının abbreviaturasıdır.
Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur və “Azərsu” ASC-nin texniki qurğuların alınması ilə bağlı beynəlxalq səviyyəli sifarişləri bu şirkət üzərindən həyata keçirilir.
Madər Quliyev “Azərsu” ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir. Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir:
"Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər".
Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, “Azərsu” ASC-yə ödəyir.
Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır”.
 


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.