​Azərbaycanlılarla türkiyəlilər arasında KÜTLƏVİ DAVA - ŞOK VİDEO

Baxış sayı:
424

Mayın 21-də Türkiyədə azərbaycanlılarla türkiyəlilər arasında kütləvi dava baş verib.
Femida.az-ın əldə etdiyi məlumata görə, hadisə Muğla vilayətində olub.
Davaya qarışan azərbaycanlılar sözügedən şəhərdə Sıtkı Koçman Universitetində təhsil alan tələbələridir. Hadisənin təfərrüatlarına gəlincə, dava əmlak üstündə olub. Belə ki, azərbaycanlı tələbələrdən biri türkiyəli tanışı ilə şərikli olaraq kafe işlədib. Türkiyəli şərikin daha əvvəldən olan düşmənləri kafeyə gələrək oranı ələ keçirməyə çalışıblar. Lakin azərbaycanlı şərik kafenin həm də ona məxsus olduğunu ve buna icazə vermədiyini bildirib. Nəticədə tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt azərbaycanlı sahibkarı Muğlada təhsil alan azərbaycanlı tələbələr müdafiə edib.
Hadisə şahidlərinin məlumatına görə, türkiyəli şəxslərdən biri silah çıxarıb. Buna baxmayaraq, azərbaycanlılar geri çəkilməyib və onları ərazidən uzaqlaşdırıblar. Davaya türkiyəli şəxslərdən biri bıçaqlanıb.
Qeyd edək ki, hadisə iştirakçılarının Azərbaycanın Naxçıvan və Biləsuvar bölgəsindən olduğu bildirilir.