​Azərbaycanlılardan BMT-yə “Arsax”la bağlı – Müraciət

Baxış sayı:
2821

Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən “Merilənd” prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanat müəllifləri bu addımı narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar:
“Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT, Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik”.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində “Merliend” prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq “respublika”ya verdikləri ada uyğun olaraq “Arsax”adlandırılıb.