Azərbaycanlılar 95 milyon dollarlıq villalar alır - ƏMLAKÇI AÇIQLADI

Baxış sayı:
2689

Türkiyədəki iqtisadi vəziyyətlə bağlı İstanbulun Bosfor boğazı ətrafındakı villaların bir hissəsi satışa çıxarılıb.

 Muxalifet.az euronews-a istinadən xəbər verir ki, ərazidəki hər 10 mülkdən biri satışa çıxarılıb. Belə ki, boğaz sahillərindəki 600 lüks villa müxtəlif kanallarla satışa təqdim edilib. Qiyməti 4,5 milyon dollardan 95 milyon dollaradək olan villaların əksəriyyəti dərhal özünə müştəri tapıb.

 

Euronews-un məlumatına görə, villaları alanlar arasında İran, Azərbaycan və Qatar vətəndaşları üstünlük təşkil edir. Uğur Ayxan adlı əmlakçı deyib ki, alqı-satqı zamanı hesablaşma türk lirəsi üzərindən edildiyindən alıcılar bu mülklərə böyük maraq göstərir. Bu mülkləri alanlar dərhal Türkiyə vətəndaşlığını da əldə edir.