Azərbaycanlı və erməninin yaratdığı cinayətkar qrup ifşa olunub – XARKOVDA

Xarkovun Dzerjinski məhkəməsi Azərbaycandan və Ermənistandan olan  cinayətkarlar dəstəsinin məsələsinə baxıb.
 
 Dəstədə həmçinin Xarkov sakini olan üçüncü bir cinayətkar da olub. Onlarla birlikdə müttəhimlər kürsüsündə Mariupolda yaşayan bir qadın da əyləşib.
Virtualaz.org bildirir ki, bu barədə “Depo. Xarkov” nəşri məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, 25 fevral 2015-ci ildə həmin qadın öz rəfiqəsigildə qonaqlıqda olub. O orada onun zəngin dostu haqqında eşidib və ona hücum etməyi təklif edib.
Qadın kişilərlə, hansılar ki, hücumda iştirak etməli idilər, rəfiqəsini tanış edib. Həmin kişilər hücum üçün lüləsi kəsilmiş tüfəng və qurbanın bağlanması üçün əşyalar  tapıblar.
Hücum 27 fevrala planlaşdırılıb. Onlar zərərçəkəni nərdivan qoyulmuş “qəfəsin” yanında gözləyiblər. Və yaxınlaşan kimi  onun başından vurublar. O, gözlənilməz zərbələrdən huşunu itirib. Buna baxmayaraq, cinayətkarlar onu  vurmaqda davam ediblər.
Bu zaman qurbanın qolundan saatını çıxarıblar, içərisində travmatik tapança, pul, mənzilinin açarları, bank kartı və sənədlər olan çantasını götürüblər. Sonra əllərini bağlayıb, silahla hədələyərək  12-ci  mərtəbəyə qaldırıblar.
Daha sonra zərərçəkmişi arvadına zəng vurmağa məcbur ediblər. O, arvadına tapşırıb ki, mənzildəki seyfdə olan pulu və tüfəngi götürüb küçəyə çıxarsın. Cinayətkarlardan biri aşağı düşüb və onun gətirdiyi 3,8 min avro pulu və silahı götürüb.
Yekunda hücum edənlərdən biri cinayətin təşəbbüskarına mükafat kimi 5 min qrn verib.
...Məhkəmə onları Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə  təqsirli bilib və barələrində, üç ili sınaq müddəti olmaqla, beş illik həbs qərarı çıxarıb.