Azərbaycanlı oliqarx 10 nəfərin QƏTLİNDƏ İTTİHAM OLUNUR

Azərbaycanlı oliqarx Telman İsmayılov axtarışa veriləcək.
 
Bu barədə Rusiyanın "Rosbalt" agenttliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, azərbaycanlı biznesmen tezliklə axtarışa veriləcək. Hazırda onunla bağlı 5 maddə üzrə istintaq aparılar. İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210 (cinayətkar qruplaşma qurmaq), 105 (qəsdən adam öldürmə), 222 (qanunsuz silah saxlama), 172 (qanunsuz bank faliyyəti) və 167 (özgə əmlakının yandırılması) maddələri ilə ittiham olunur.
İddia olunur ki, azərbaycanlı oliqarxın daxil olduğu qruplaşma hələlik iki sifarişli qətldə ittiham olunur. Lakin onlar daha 3 nəfrin qətlində şübhəli bilinir. Amma bu qətllərin sayı 10-dan artıq ola bilər.
Telman İsmayılovun qardaşı Rafiq İsmayılov artıq həbsdədir. O, ailənin güc əməliyyatlarına rəhbərlik edib, kriminal aləmlə əlaqədə olub və işlərinə mane olan şəxslərin aradan götürülməsini təşkil edib. İş adamının digər qardaşı Vaqif İsmayılov isə axtarışa verilib.
İsmayılovlar həmçinin Moskvadakı Lianozovsk bazarının yandırılmasında ittham olunur.
Qeyd edək ki, ötən həftə Rusiyaya hüquq-mühafizə orqanları Telman İsmayılova məxsus 12 ünvanda axtarış aparıb.