​Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi yaşadığı qadınla EVLƏNDİ: 8 yaşlı qızı... - FOTO

Baxış sayı:
4513

Amil 5 il qeyri-rəsmi yaşadığı xanımdan övladı olduqdan sonra onunla ailə qurduğunu bildirib:
"Əslində çoxdan ailəliyəm, amma toyu bu yaxınlarda etmişəm. Yəni, biz bir-birimizi tanımışıq, sonra toy eləmişik. Uşaq da oldu, sonra toyumuz oldu. 5 ildən sonra toyumuz oldu. 8 yaşında bir qız övladımız var".
Aparıcı müğənninin etirafına təəccüblə "Niyə elə etdin? Bizim adət-ənənədə elə şey yoxdur axı" sualı ilə reaksiya verib.

Amil niyə belə addım atdığını da tamaşaçılar qarşısında etiraf etməkdən çəkinməyib:
"Adət-ənənədə yoxdur, düzdür. Biz evlənib, tez boşanmağı gözümüzün qabağına gətirib bu addımı atdıq ki, elə şeylər olmasın. Burada ayıb bir şey var? Övladıma sahib çıxmışam, övladım yanımda, yoldaşım yanımda".
Qeyd edək ki, Amilin toyu keçən ilin sentyabrın 10-unda baş tutmuşdu.