​Azərbaycanlı məşqçinin halı pisləşdi

Baxış sayı:
6739

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Ağsu” – “Sabah” oyunu zamanı meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin səhhətində problem yaranıb.
Muxalifet.az xəbər verir ki, bu barədə report - 46 yaşlı mütəxəssisin özü məlumat verib. R.Quliyev bildirib ki, təzyiqi düşdüyü üçün matçdan sonra təşkil edilən mətbuat konfransına da qatıla bilməyib: “Oyunun gedişində səhhətimdə problem yarandı. Özümü pis hiss etdiyim üçün dördüncü hakim İnqilab Məmmədovda vəziyyəti dedim və “mətbuat konfransına qatılmasam problem olmaz ki”, - deyə soruşdum. O da heç bir probemin olmadığını söylədi. Matçdan sonra həkim yoxladı və təzyiqimin düşdüyü məlum oldu. Vəziyyətimin stabilləşməsi üçün iynə vuraraq, 5-10 dəqiqə uzanmağımı tövsiyyə etdi. Mətbuat konfransına isə köməkçim Arif Rizvanov yollandı".
Qeyd edək ki, matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.