Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMALAR: "Porno izləməyi dayandırsanız, ciddi problemləriniz yaranacaq" - VİDEO

Baxış sayı:
10162

Əksər insanlar etiraf etməsə də, virtual sekslə məşğul olur. Cəmiyyətdə bu tip videoların izlənməsinin insan orqanizminə, psixikasına təsiri barədə müxtəlif fikirlər dolaşmaqdadır. Təsiri haqqında birmənalı fikir formalaşmayan cinsi fəaliyyətlərdən biri də masturbasiyadır. Əksər insanların mütəmadi məşğul olduqları virtual seks və masturbasiya psixikaya, orqanizmə necə təsir edir? A24.az-a məşhur uroloq-cərrah Vasif İsmayıl qarşı tərəfin iştirakı olmadan reallaşan cinsi fəaliyyətlərin insana təsirindən danışıb. Həkimin fikrincə, porno videolar izləmə, masturbasiya seksual davranışın təzahür formalarındandır və tamamilə normal haldır. Masturbasiya cinsi performansı artırmaq üçün əvəzolunmaz vasitədir. Sadəcə, buna aludə olmaq son dərəcə ciddi, psixoloji problemlər yarada bilər. Uroloq qeyd edir ki, porno videolar izləməkdə aludəçilik həddinə çatanda, yaxud görüntülərdən yanlış nəticə çıxaranda, insan psixikasını məhv edə bilər: “İnsanlar porno vidolara baxanda görür ki, qadın kukla, kişi öküz kimidir. Üstəlik əlaqə pozaları da əndirəbadidir. Qadın da elə səslər çıxarır ki, sanki son dərəcə həzz alır. Videoya baxan adam cinsi əlaqə ilə məşğul olanda isə bunları görmür. Amma düşünmür ki, baxdığı video real deyil, teatrdır. Üstəlik də kişilərin cinsi orqan ölçüləri ilə bağlı ciddi kompleksləri var. Baxdıqları videolardakı kişi cinsi orqanlarının ölçüləri çox uzun olur və buna baxanlar da elə düşünür ki, bütün kişilərdə belə olmalıdır. Bu çox ciddi psixoloji problemdir”. Vasif İsmayıl onu da bildirir ki, bu gün androloqa müraciət edən oğlanların 70-80 faizi porno qurbanlarıdır.