Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı
19-09-2017 18:26
Moskva şəhəri, Naqatinsk rayon məhkəməsində müttəhimlər kürsüsündə əyləşən şəxs barəsində hökm oxunan kimi məhkəmə zalından qaçıb.
Rusiya KİV xəbər verir ki, təqsirləndirilən şəxs əslən Azərbaycandandır. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə icaraçılarının zalda yoxluğundan istifadə edən məhbus icazəsiz şəkildə binanın birinci mərtəbəsinə enib. Oradansa mühafizə postunu keçərək küçəyə çıxıb.
Hadisə ilə bağlı yoxlamalar aparılır.