Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı

Moskva şəhəri, Naqatinsk rayon məhkəməsində müttəhimlər kürsüsündə əyləşən şəxs barəsində hökm oxunan kimi məhkəmə zalından qaçıb.
Muxalifet.az virtualaz.org-aistinadən xəbər verir ki, təqsirləndirilən şəxs əslən Azərbaycandandır. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə icaraçılarının zalda yoxluğundan istifadə edən məhbus icazəsiz şəkildə binanın birinci mərtəbəsinə enib. Oradansa mühafizə postunu keçərək küçəyə çıxıb.