​Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - FOTO

Baxış sayı:
5296

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.
Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
İş adamının cənazəsi ekspertizadan sonra Azərbaycana gətiriləcək.