​Azərbaycanlı iş adamı 10 min dollarını taksidə unutdu

Baxış sayı:
241

Azərbaycanlı iş adamı İstanbulda cibində 10 min dollar olan pencəyini taksidə unudub.
Muxalifet.az xəbər verir ki, bir müddət əvvəl iş qurmaq üçün Türkiyəyə gedən 40 yaşlı Tahir Məmmədov İstoç səmtindən taksi sifariş verib və Yenibosnada düşüb. O, maşından düşəndə cibində 10 min dollar olan pencəyini yaddan çıxarıb. Taksi sürücüsü pencəyin maşında qaldığını gördükdə sərnişini tapıb və pencəyini ona qaytarıb.
Sürücü bildirib ki, iş adamı taksidən tələsik düşüb: "Mən arxaya baxdıqda pencəyi gördüm. Əvvəlcə onun ciblərini axtardım ki, bəlkə ünvan taparam. Daha sonra taksinin sifariş verildiyi nömrəyə zəng etdim. Lakin zəng çatmadı. Məcbur qalıb elan verməli oldum. O mənimlə əlaqə saxladı və biz görüşdük. Daha sonra pulları geri qaytardım".
Pulu taksidə unudan Tahir Məmmədov isə sürücüyə təşəkkür edib: "Mən bir müddət əvvəl bura Azərbaycandan gəlmişəm. Bir millət, iki dövlətik. İndiki zəmanda belə namuslu insanların qalmasına çox sevindim”.