Azərbaycanlı 15 yaşlı oğlan universitetə qəbul olundu - FOTO

İsayev Elcan Sabir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) builki tədris ilinin ən gəc tələbəsidir.
 
 Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.
"Qaynarinfo" xəbər verir ki, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.
Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.
Əlavə olaraq onu da qeyd edək ki,  2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.