​Azərbaycanla Rusiya arasında müzakirə: Hərbi sənayedə...

Baxış sayı:
6772

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin hərbi sənaye kompleksləri departamentinin direktoru Konstantin Tarabrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə dekabrın 6-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələri arasında görüş keçirilib.
MSN-nin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti səfər çərçivəsində nazirliyin müəssisələrində də olub.
Səfər bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada keçirilən görüş zamanı əldə olunmuş razılığa əsasən reallaşıb.