“AZƏRBAYCANLA İKİTƏRƏFLİ İQTİSADİ İNKİŞAF DAVAM ETDİRİLİR” - Ruhanidən mühüm mesaj

Baxış sayı:
3241

İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir. Yerli KİV-lər xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib. O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur: “İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək. Ölkəmiz Azərbaycanla da əlaqələri inkişaf edəcək. Bununla bağlı danışıqlar aparılır. Araz çayının çirkləndirilməsi ilə bağlı İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb”. H.Ruhani qeyd edib ki, İran bu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq. “Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, - deyə president əlavə edib.