​Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadıldı

Baxış sayı:
4432

Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddəti uzadılıb.
 
Muxalifət.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.