Azərbaycanın şimal-qərb bölgəsində ZƏLZƏLƏ OLUB

Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, maqnitudası 3.8, dərinliyi 5 km olan təkanlar yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində olub. Zəlzələ hiss olunub.