Azərbaycanın qonşuluğunda GÜCLÜ ZƏLZƏLƏ

Baxış sayı:
7015

Türkiyənin Ərzurum şəhərində yeraltı təkanlar qeydə alınıb.
Oltu bölgəsində gecəyarısı 4,3 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar və Təbii Fəlakət Nazirliyi (AFAD) bildirib ki, zəlzələnin episentri yerin 7 km dərinliyində olub.
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu isə zəlzələnin 4,5 bal gücüdə olduğunu, yerin 5 km dərinliyində yerləşdiyini açıqlayıb. Zəlzələdən sonra xeyli sayda avterşoklar qeydə alınıb.
Tələfatla bağlı məlumat yoxdur./Publika