Azərbaycanın krallıq iddiasında olan icra başçısı – SÜLEYMAN MİKAYILOV İKİ RAYONU ƏLƏ KEÇİRMƏK İSTƏYİR!

Ötən həftənin ikincisi Beyləqanın icra başçısı Vaqif Abdullayev, üçüncüsü isə Lerikin başçısı Rövşən Bağırov oldu

Baxış sayı:
13417

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Kral kimi icra başçısı - Süleyman Mikayılovun səltənəti var'', '''Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya icra hakimiyyətinin “KARANTİ”si -Nadir İsmayılov", “Süleyman Mikayılov iki rayonun torpaqlarına göz dikib - torpaqları ələ keçirmək istəyir”, “Süleyman Mikayılovun adamından inanılmaz addım: 5 min rüşvət aldığı adamdan təzədən pul istəyir - ŞOK”, “İslahatların növbəti hədəfi bəllidir... - Süleyman Mikayılov yeni siyasətə ayaq uydura bilmir”, “Süleyman Mikayılov iki rayonun torpaqlarına göz dikib - torpaqları ələ keçirmək istəyir” başlıqlı məqalələrin 11 saytda yayılması ilə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Beyləqan icra başçısının köməkçisi kimdir: Bir müəmmanın izi ilə…”, “Beyləqanda məmur özbaşınalığı tüğyan edir”, “Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO”, “Beyləqanda icra başçısı iş adamını niyə özünə köməkçi təyin etdi?” adlı məqalələrin 10 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur. Nəhayət mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Lerikin 3 kəndi icra başçısını məhkəməyə verir, deputatdan imtina edir – Prezidentə müraciət”, “Rövşən Bağırov 3 kəndi susuz qoyur – Prezidentə müraciət”, “Lerikin icra başçısı PA-na çağrıldı: Rövşən Bağırov işdən azad edildi” adlı 3 məqalənin 6 elektron KİV-də yayılması ilə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tutur. Muxalifet.az