​Azərbaycanın iki ən güclüsü heç-heçə etdi

Baxış sayı:
8140

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinin VII turunda daha iki görüş başa çatıb.
Muxalifet.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giri ilə qarşılaşıb.
Görüş 49-cu gedişdən sonra heç-heçə yekunlaşıb - 0.5:0.5. Çin təmsilçisi Dinq Liren isə çexiyalı David Navaranı məğlub edib 1:0.
Daha öncə Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla xalı yarı bölüb.
Hazırda Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.
Qeyd edək ki, Rauf Məmmədovun turnirdəki bütün görüşləri heç-heçə başa çatıb.