​Azərbaycanın bunda böyük rolu var - Avropalı diplomat

Baxış sayı:
8824

Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var. Bu, Azərbaycan-Avropa əlaqələrinin inkişafına töhfə verir.
Muxalifet.az xəbər verir ki, bu fikri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas martın 13-də Bakı Slavyan Universitetində Bolqarıstanın Aİ Şurasına sədr seçilməsi ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.
K.Yankauskas Azərbaycan ilə imzalanacaq sazişlərin əlaqələrin inkişafına imkanlar yaradacağına ümidvar olduğunu bildirib. O deyib: “Bu il Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasından 10 il ötür. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr qurmağa çalışırıq. Aİ Şurasının sədri olan Bolqarıstanın müəyyənləşdirdiyi prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Bolqarıstan bu altı ayda böyük işlər görəcək”.