“Azərbaycanı hərb sahədə də keçəcəyik” – Ermənistandan SƏRSƏM AÇIQLAMA

Baxış sayı:
4744

Ermənistanın müdafiə naziri David Tonoyan bugünlərdə daha bir gülünc bəyanatla çıxış edib.
Muxalifet.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkəsinin sürətlə silahlandığına diqqət çəkən erməni nazir, jurnalistlərədn birinin Su-30SM-lə bağlı sualına absurd cavab verib. 
Belə ki, Ermənistanın yaxın gələcəkdə Su-30SM-lər alacağına diqqət çəkən erməni jurnalisti, Tonoyana xitabən “Azərbaycanla silahlanma yarışında bərabərliyə nail olundumu” sualını səsləndirib. Tonoyan isə Ermənistanın silahlanma yarışında bərabərliyi deyil, üstünlüyü hədəflədiyini bildirib. O, qeyd edib ki, onların məqsədi Azərbaycan üzərində hərbi üstünlüyü təmin etməkdir.
Tonoyanın məlum bəyanatı Ermənistanın müdafiə nazirinin reallıqla deyil, xam xəyallarla yaşadığını, hər zaman olduğu kimi bu kəs də başından böyük danışdığını göstərir. Gerçək müstəqilikdən məhrum olan, Rusiyanın bir əyaləti kimi fəaliyyət göstərən, sərhədlərini rus ordusu qoruyan, kredit borcu altında inləyən, iqtisadiyyatı can verən, boş büdcəyə malik Ermənistanın Azərbaycan qarşısında üstünlüyə malik olması xəyal belə edilə bilməyəcək bir düşüncədir. Bu düşüncə isə yalnız ya xəstə ruhda, ya da yüksək dozalı kokain zəhəri ilə dumanlanan beyində meydana gələ bilər.