Azərbaycandan Türkiyəyə “S-400” dəstəyi - TƏHLÜKƏSİZLİK MƏNBƏLƏRİ AÇIQLADI...

Baxış sayı:
2164

Türkiyənin Rusiyadan alacağı “S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.
Türkiyə medası xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrindən bildirilib.
Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.
Qeyd edək ki, “S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 “S-400” divizionu çatdırılacaq.
Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, “S-400”-lərin alınması qabaqcıl texnologiyaların və “F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın “F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.
Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta “Patriot” sistemlərin alınması halında belə, “S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.
Türkiyənin müdafiə naziri Hulisi Akar ötən həftə bildirib ki, Türkiyədə “S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton “Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir./publika.az