Azərbaycandan Türkiyəyə ÇOBAN İXRACİ

Baxış sayı:
5260

Türkiyənin əksər bölgələrində iri qoyunçuluq təsərrüfatı olan fermerlər sürünü otarmaq üçün çoban tapa bilmir. Hətta bəzi təsərrüfat sahibləri çobanlar üçün aylıq maaşı 4-5 min lirəyə qaldırsalar da, çobanlıq etmək istəyən yoxdur.
Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rizənin Çamlıhemşin qəsəbəsində 450 xırdabuynuzlu heyvanın otarılması üçün aylıq 2 min lirə məvacib ayıran fermerin təklifini azərbaycanlı Qadir Niftəliyev dəyərləndirib.
19 yaşlı gənc Rizəyə gedərək sürünü otarmağa başlayıb.
O, mətbuata verdiyi açıqlamada həyatından məmnun olduğunu bildirib: “Rizə yaylaları çox gözəldir. Heyvanlar səhərlər çəmənlikdə otlayır, axşam isə sürünü geri qaytarıram. Gün ərzində heyvanlara baxıram, özüm də barakda qalıram. Gecələr də hava soyuq olanda ocaq qalayıram. Çay dəmləyib içirəm”, - deyə çoban bildirib.