​Azərbaycandan bu ölkədə ev alanlar kimlərdir?

Bu ilin rəsmi statistikasına görə, Türkiyədə ev alan azərbaycanlıların sayı artıb.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, qardaş ölkədə daşınmaz əmlakın alınması qaydasının sadələşdirilməsi xarici müştərilərin diqqətini cəlb edib. Türkiyədə daşınmaz əmlak alqı-satqısı həyata keçirən şirkətdən verilən məlumatda bildirilir ki, ilkin 20 min manat ödəməklə, tikinti şirlətlərindən faizsiz, banklardan isə illik 6-8 faiz güzəştli kredit şərtləri ilə Türkiyədən ev ala bilərlər.
Şirkət rəsmisi qeyd edib ki, bu il azərbaycanlılar daha çox Türkiyənin İstanbul, Alanya, Bodrum və Antalya bölgəsindən ev almağa üstünlük veriblər. Belə ev sahiblərinin əsasən iş adamları olduğu, əksəriyyətinin həmin evləri icarəyə verərək əlavə qazanc məqsədi kimi istifadə etdiyi qeyd edilib.
Qeyd edək ki, Türkiyə Statistika İdarəsi yanvar-avqust aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə 439 mənzil aldığını açıqlayıb.