Azərbaycanda yüksək vəzifəli məmur koronavirusdan öldü

Baxış sayı:
1613

Azərbaycanda icra başçısının müavini koronovirus infeksiyasından vəfat edib.

Bunu Oxu.Az-a açıqlamasında Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev bildirib.
 
O qeyd edib ki, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev bu gecə saat 01:45-də ölüb:
“Onun koronavirusla yanaşı, şəkərli diabet və hipertoniya xəstəliyi olub”.
 
Həkim qeyd edib ki, mərhumun həyat yoldaşı Əliyeva Arzu Şirin qızı və oğlunun vəziyyəti qənaətbəxşdir:
“Hazırda xəstəxanada müalicələri davam etdirilir”.