Azərbaycanda yaşayış binası yanır - GÜCLÜ KÜLƏK YANĞININ SÖNDÜRÜLMƏSİNƏ MANE OLUR / Foto

Baxış sayı:
2764

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində, 4 ünvanında qeydə alınıb.

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerinə cəlb edilib. Hadisə zamanı qorxu keçirən sakinlərə ambulator yardım göstərilib.