Azərbaycanda sərnişin avtobusunda qadına qarşı ŞOK CİNAYƏT
29-11-2019 20:26
Baxış sayı:
7378
Hacıqabul rayonunda sərnişin avtobusunda oğurluq əməli törədilib.
Muxalifet.az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muğan qəsəbəsi ərazisində sərnişin avtobusunda Ağdaş rayon sakini olan qadının çantasından 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş H.Bəkirov saxlanılıb.
Araşdırmalar davam etdirilir.